“Şeytan çarxı”nın tikintisi üçün nəzərdə tutulan ərazi Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) cənub hissəsində yerləşir.

Müşahidə çarxı 30 qapalı kabinlə (hər biri 20 adam üçün nəzərdə tutulmuş), o cümlədən yüksək rahatlığı olan üç VIP kabinlə təchiz olunacaq. Onların şüşə divarları, eləcə də, havanın soyutma və isitmə sistemi hesabına insanlar bu attraksiondan ilin istənilən vaxtında istifadə edə biləcəklər.

Çarxın bir dəfə fırlanması 25 dəqiqə çəkəcək. Attraksiondan başqa, layihədə qapalı gəzinti sahəsi, restoranlar şəbəkəsi, mağazalar, kinoteatr və mum fiqurlar muzeyinin açılması nəzərdə tutulub.