Nümayiş 20 yaşlı amerikalı ifaçı Ostin Mahounun çıxışı ilə başlayıb. Dəfilənin iştirakçıları arasında peşəkar modellərdən başqa yeni başlayan məşhurlar, ulduz valideynlərin uşaqları, bloqerlər və italyan moda evinin sadiq pərəstişkarları olub. Nümayişdə Saşa Spilberq, Neqin Mirsalehi, Cud Lounun oğlu Lou Raferti, Castin Biberin keçmiş sevgilisi Sofiya Riçi və başqaları iştirak edib.

Dizaynerlər krujeva geyimlər, jakkard kostyumlar, çiçək və bəbir printləri, kosmos mövzusunda applikasiyalar və naxışlardan istifadə edərək, nümayişdə təntənəli bayram təşkil ediblər.