Yeni telefon 2,4 düymlük QVGA displey, 2 meqapikselli kamera və yaddaş kartı üçün slotla təchiz edilib. Modelin ilk versiyasını unutmayanlar üçün müasir “Nokia 3310″da məşhur “İlan” oyunu da var. Telefonda əvvəlki kimi Wi-Fi modul, 3G və ya GPS peyk naviqasiyası dəstəyi yoxdur, ancaq iki SIM-kart üçün yer var. Alətlər arasında məlumat mübadiləsi Bluetooth 3.0 vasitəsilə həyata keçirilir.

 

Əfsanəvi “Nokia 3310” geri döndü

Avtonomluq yeni “Nokia 3310″un sadəlik və möhkəmliklə bir sırada daha bir güclü tərəfidir. İstehsalçının sözlərinə görə, gözləmə rejimində batareya 25 günə, danışma rejimində 22 saata, səsyazmaların dinlənilməsi rejimində isə 51 saata bəs edir. Telefon parıldayan qırmızı və sarı, eləcə də tutqun boz və göy rəngdə təqdim edilir. “Nokia 3310″un satış qiyməti orta hesabla 49 avro təşkil edəcək.