Home / Səyahət  / Rəcəb Tayyib Ərdoğan Kəbəyə girdi

Rəcəb Tayyib Ərdoğan Kəbəyə girdi

Körfəz ölkələrində səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkəyə gedərək ümrə ziyarətini həyata keçirib. Sondakika.com-a istinadən xəbər verilir ki, müqəddəs Kəbənin qapıları Ərdoğan və bərabərindəki heyət üçün açılıb. Türkiyə prezidenti və digər rəsmilər Kəbənin içərisində 2

Körfəz ölkələrində səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkəyə gedərək ümrə ziyarətini həyata keçirib.

Sondakika.com-a istinadən xəbər verilir ki, müqəddəs Kəbənin qapıları Ərdoğan və bərabərindəki heyət üçün açılıb.

Türkiyə prezidenti və digər rəsmilər Kəbənin içərisində 2 rükət namaz qılıblar. Səfərlə bağlı Ərdoğanın mətbuat katibi İbrahim Kalın məlumat verib.

“Gecə saat 02.00-da “Ləbbeyk Allahummə Ləbbeyk” deyərək Ciddə şəhərindən Məkkəyə tərəf yola çıxdıq. Saat 03.30-da prezidentimizlə Kəbəyə getdik. Təvaf öncəsi Kəbənin qapısı açıldı. Prezidentlə birlikdə növbə ilə Kəbənin içinə girib, iki rükət namaz qılmaq şərəfinə nail olduq. Daha sonra Kəbəni təvaf etdik. Saat 05.30-da Ümrəni tamamladıq” — Kalın bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkədə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkədə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkədə

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview