“PAL-V Liberty” avtomobil yolunda getmək və uçuşlar üçün müvafiq olaraq iki mühərriklə təchiz olunub. İstehsalçılar qeyd edirlər ki, avtomobilin uçan aparata çevrilmə prosesi 5 dəqiqədən 10 dəqiqəyə qədər vaxt alır. Pərli dirək avtomatik çevrilir, ancaq sürücü quyruq hissə və əsas vintin qanadlarını özü çıxarmalıdır. Uçmaq üçün nəqliyyat vasitəsinə 200×200 metr ölçülü ərazi lazımdır.

Uçan avtomobillərin satışı başlayır

Uçan avtomobil maksimal 3500 m yüksəklik və 180 km/saata ədər sürət yığa bilər. Tam enerji ilə yenilik 500 km-dən çox məsafə qət edə bilər. “PAL-V Liberty” yerdə hərəkətə 100 at güclü mühərriklə gəlir. Maksimal sürət 160 km/saat göstərilib, ilk yüzlüyü isə model 9 saniyəyə yığır.

Komplektasiyadan asılı olaraq maşının qiyməti 399-599 min dollar təşkil edir. Avtomobillərin böyük miqyaslı istehsalı yaxın zamanlarda başlayacaq, ilk yeni maşınlar isə sifarişçilərə 2018-ci ildə çatdırılacaq. (buro247.az)