Loading

wait a moment

Günel Treu: Sağ qoluna baş qoyduğum – Şeir

print
Sağ qoluna baş qoyduğum

Şeir

sən
ürəyimdən keçən adam
əzizləyib, darıxdığım
bəzən
qardaş kimi,
bəzən
oğul kimi sevdiyim.
qoxusu körpə kimi
sinəmə çökən adam,
məni çəkən adam.
dodaqlarımın izi var
barmaqlarının ucunda
bir gün mən olmasam
öp barmaqlarını
dodağımdan öpər kimi.

sən
üzümü boynuna söykəyən adam,
nəfəsim çökmüş üstünə
istəsən qoxla özünü
nə o sənsən,
nə bu mənəm.
mən dönüb sən olmuşam,
hörümçək toru kimi
sanki sənə dolaşmışam,
çıxa bilmirəm səndən.
yuxularda qovuşduğum,
heç susmadan
danışdığım,
doğma adam.

sən
mənim ən rahat yerim
sağ qoluna baş qoyduğum,
uyduğum
sakit ləpələrilə
mənim dəli dalğaları udan adam,
nolar, məndən öncə getmə
bu dünyadan…

GünEl Treu

Scroll Up