Home / Avto  / Azərbaycanda ötən il 280 avtomobil oğurlanıb

Azərbaycanda ötən il 280 avtomobil oğurlanıb

2016-cı il ərzində Azərbaycanda 280 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPI) məlumat daxil olub. Bu barədə “Trend”ə İdarədən məlumat verilib. Oğurlanan nəqliyyat vasitələrindən 227-i tapılıb. Ötən il ərzində BDYPİ-nin avtonəqliyyat vasitələrinin

2016-cı il ərzində Azərbaycanda 280 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPI) məlumat daxil olub. Bu barədə “Trend”ə İdarədən məlumat verilib.

Oğurlanan nəqliyyat vasitələrindən 227-i tapılıb.

Ötən il ərzində BDYPİ-nin avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 20 şəxs və 57 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 1104 fakt və 94 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.

Review overview