Home / Şou-biznes  / “Bəzi həkimlər özünün etmədiyi əməliyyatları reklam etməklə insanları aldadır”

“Bəzi həkimlər özünün etmədiyi əməliyyatları reklam etməklə insanları aldadır”

"Bəzən olur ki, hansısa bir həkim özünün etmədiyi əməliyyatları və prosedurları reklam etməklə insanları aldadır. Bu isə çox təhlükəlidir". Bu fikirləri “VMR MEDİCAL CENTER”-in  tibbi direktoru Gülsüm Əliyeva ASSA-ya müsahibəsi zamanı bildirib. O, belə hallarla tez-tez rastlaşdığını qeyd edib. Gülsüm

“Bəzən olur ki, hansısa bir həkim özünün etmədiyi əməliyyatları və prosedurları reklam etməklə insanları aldadır. Bu isə çox təhlükəlidir”.

Bu fikirləri “VMR MEDİCAL CENTER”-in  tibbi direktoru Gülsüm Əliyeva ASSA-ya müsahibəsi zamanı bildirib.

O, belə hallarla tez-tez rastlaşdığını qeyd edib.

Gülsüm xanımın fikrincə, mütəxəssis seçərkən müasir texniki vasitələrdən və yaxın tanışlardan faydalanmaq lazımdır.

 – Gülsüm xanım, bu gün müasir həyatımızda estetikanin rolu və əhəmiyyəti nədən ibarətdir?

– Bilirsiniz ki, bu gün həyatımızda bütün sahələrdə sürətli inkişaf prosesləri getməkdədir. Demək olar ki, hər bir sahədə hər zaman yeniliklər bəzən insanların xeyrinə, bəzən isə zərərinə yönəlmiş olur. Eynilə də estetik əməliyyatlar və əməliyyatsız estetika hər gün yenilənir. Yeni üsullar və yeni məhsullar ehtiyacı olan təbəqəyə təqdim olunur. Bu yeniliklər əksər hallarda insanların həyatlarını əhəmiyyətli dərəcədə dəyişir. Bilirsiniz ki, bu gün bəylərimiz gözəllik axtarışındadırlar. Onlar xanımlarımızın istər üzlərində, istər saçlarında, istər ayaqlarında və bədən quruluşlarında gözəllik axtarırlar. Belə olan halda xaraktercə çox gözəl olan xanım görünüşündə hansısa estetik qüsura görə öz layiq olduğu həyatı qura bilmir və yaxud qurmuş olduğu xoşbəxtliyi hansısa estetik problemlərinə görə itirmiş olur. Bu zaman estetik əməliyyatların günümüzdəki rolu və əhəmiyyəti ön plana çıxır.

– Az öncə siz qeyd etdiniz ki, baş verən yeniliklər bəzən insanların xeyrinə bəzən isə insanların zərərinə yönəlmiş olur. Sizcə, bu estetik sahəyə də aiddirmi? Estetik sahədə yeniliklər hansi formada insanların xeyrinə və zərərinə yönəldilə bilir?

-Bəli, çox təəssüf ki bu, həqiqətən belədir. İnsanların xeyrinə və zərərinə yönələn hallar estetik sahədə mövcuddur. Bu, birbaşa estetik prosedurların icrasında istifadə olunan məhsulların keyfiyyət və proseduru icra edən şəxsin peşəkarlığı ilə bağlıdır. Peşəkar mütəxəssisin tətbiq etdiyi heç bir üsul və məhsul insan sağlamlığına ziyan verə bilməz. Lakin peşəkar olmayan bir şəxsin tətbiq etdiyi üsul və məhsul nə qədər müasir olursa-olsun insanların həyatına həm təhlükə, həm də insanlarda fəsadlara yol açmasına bir vasitədir.

– Belə olan halda,  gözəlliyin qayğısına qalmaq istəyən bir xanım kompleksdən qurtulmaq üçün nə etməlidir?

-Öncə dogru məkan, peşəkar mütəxəssis və keyfiyyətli məhsul seçməlidir. Dogru məkan, peşəkar mütəxəssis və keyfiyyətli məhsul – bunlar birlikdə vəhdət təşkil edir. Gözəllik vəhdəti.

– Peşəkar mütəxəssis deyərkən siradan bir ev xanımının bunu necə müəyyən etməsi lazımdır?

-Birinci növbədə hazırda texnologiyanın inkişafı o həddə gəlib ki, istənilən bir həkim, istənilən bir məhsulu araşdırmaq düşündüyümüzdən də asandır. Elə bir ev yoxdur ki, həmin evdə kompüter və smartfon telefon olmasın. Müasir vasitələrdən istifadə etməklə hər bir xanım istənilən həkim haqqında və istənilən məhsul haqqında ən dəqiq məlumatı toplaya bilər. Burada işin ən əsası saglamlığın və gözəlliyin tanımadığın bir həkimə etibar edilməsi mütləq araşdırılmasıdır. Bu məqamda qeyd etmək istəyirəm ki, son vaxtlar sosial mediada və KİV-də müxtəlif klinikalar tərəfindən və ya fərdi təşəbbüslə həkimlər və məhsullar reklam olunur. Buna da diqqət etmək lazimdir ki, aldanmasınlar. Bəzən olur ki, hansısa bir həkim özünün etmədiyi əməliyyatları və prosedurları reklam etməklə insanları aldadır. Bu isə çox təhlükəlidir. Biz belə hallarla tez-tez rastlaşırıq. Ona görə də mütəxəssis seçərkən öncədən qeyd etdiyim kimi müasir texniki vasitələrdən və yaxın tanışlardan faydalanmaq lazımdır.

– Hansısa estetik əməliyyatın  kiminsə həyatını xilas etməsi hallarına rast gəlinibmi?
-Əlbəttə olub. Mən təkcə öz pasiyentlərimizin timsalında deyə bilərəm ki, adi rinoplastika əməliyyatı gənc bir xanımı depressiyyadan çıxarıb. Onu intihar etmək düşüncəsindən xilas edib. Başqa bir xanım isə həyat yoldaşının onun görünüşünü bəyənməməsinə görə və burnundakı bir sıra problemlərə görə gecələr xoruldaması səbəbilə əri tərəfindən biganəliyə məruz qalmış və bunun nəticəsində ağır depressiyaya düşmüşdü. Həmin xanım bizim estetik cərrah tərəfindən müayinə olunarkən əgər bu problemlər həllini tapmazsa yaşamaq istəmədiyini bildirmişdi. Biz konsilum apardıq və dərhal psixoloqumuz tərəfindən xanımı sakitləşdirərək əməliyyata hazırladıq. 3 saat sonra əməliyyat nəticəsində xanım həm saglamlığına, həm də gözəlliyinə qovuşdu. Estetik əməliyyatın nəticəsində xanım kompleksindən azad oldu və ailədə yoldaşının biganəliyindən qurtuldu.

– Estetik əməliyyatlardan narazı qalan xəstələr olurmu? Olursa, bunun səbəbini nədə görürlər?
-Çox təəssüf ki, hər on əməliyyatlardan 2-3 əməliyyatda belə hallarla rastlaşırıq. Bu halların baş verməsinin əsas səbəbi əməliyyatın nəticələrinə psixoloji hazır olmamaları, bir qədər tələsmələri və kənardan qeyri peşəkar rəylərin olmasıdır. Çox nadir hallarda isə bu narazılıq əməliyyatın icrası zamanı diqqətdən qaçan müəyyən məsələlərin baş verməsi nəticəsində olur. Məsələn, əksər pasiyent estetik əməliyyat olunmalarına qərar verərkən özlərini hansısa məhşura bənzətməyə çalışır. Əməliyyat bitdikdən sonra gözlərini açarkən özünün görüntüsünü deyil, nəzərdə tutduğu məhşürların görüntüsünü görməyə çalışdığı üçün ciddi psixoloji sarsıntıya ugrayır. Yaxud əməliyyatdan sonra ayılarkən dərhal əməliyyatın nəticəsini görməyə çalışır. Hələ üstəlik kənardakı yaxınları tərəfindən qeyri peşəkar münasibət bildirildiyində əməliyyat olunmuş xəstə qərarsızlaşır. Tərəddüdlər psixoloji sarsıntıya ugradır. Bax, bu zaman narazılıqlar başlayır. Belə olan halda bır çox təmkinli şəkildə xəstəni sakitləşdırməyə çalışırıq və xəstə əməliyyat etmiş cərrah tərəfindən profilaktik tədbirlərlə yanaşı əməliyyatdan sonrakı sagalma müddəti ardıcıllıqla izah olunur. Belə narazılıqların olmaması üçün həkim mütləq əməliyyatdan qabaq pasiyentlərlə səmimi formada əməliyyatların nəticələri, baş verə bilən fəsadlar barədə danışıq aparmalıdır. Nəzərə almaq lazımdır ki, hər bir halda istənilən gözəlliyin əldə olunması üçün əməliyyat olunacaq və ya əməliyyat olunmuş şəxs yalnız seçdiyi həkimi dinləməli, əməliyyat barədə bütün məlumatları ondan almalı yalniz öz həkiminin tövsiyyələrinə əməl etməlidir. Çox təəssüf ki, bəzən xəstələr əməliyyat olunduqdan sonra başqa həkimlərə üz tutur. Qeyri-peşəkar qərəzli rəylər xəstənin narahatçılıqına və gərginliyinə səbəb olur. Nə qədər acı olsa da bir gerçəyi vurgulamalıyıq ki, ölkəmizdə həkimlər arasında sağlam rəqabət deyil, qərəzli intriqaya yol açan münasibətlər yol açır. Bir-birinin əl işini pisləmək, əcnəbi həkimlər haqqında həqiqətə uygun olmayanı danışmaq adət halına çevrilmişdir. Təəssüf ki, bu vəziyyətin acı nəticəsini danışanlar deyil, xəstələr yaşayırlar. Buna görə də biz həmişə pasiyentlərin maarifləndirilməsi üçün həkimlər arasında saglam bərabərlik formalaşdırmağa çalışırıq.

– Gülsüm xanım, səmimi müsahibə üçün çox təşəkkür edirik. Sonda xanımlarımıza tövsiyyəniz?


-Tövsiyyə edərdim ki, əməliyyata qərar verərkən seçimlərini düzgün etsinlər. Dogru məkan, peşəkar mütəxəssis və keyfiyyətli məhsul axtarışında olsunlar.

Print Friendly, PDF & Email
Review overview