İki xəyalpərəst uğur və məşhurluq ardınca Los-Ancelesə gəlirlər. Bu, yeni şəhərdə həyata öyrəşməyə çalışan aktrisa Mia və özünəarxayın caz pianoçusu Sebastyandır. Onlar bir-birinə aşiq olurlar, ancaq şərtlər onları ayrılmağa məcbur edir.

Həftənin filmi: “La La Lend”

Filmin rejissoru Demyen Şazelldir. Ekran işində Rayan Qoslinq, Emma Stoun, Con Lecend, C.K.Simmons, Rozmari DeUitt, Finn Uittrok, Kalli Ernandes, Sonoya Micuno, Cessika Rot və başqa aktyorlar çəkiliblər.