İzabel Yupperin baş rolu ifa etdiyi “O” filmi artıq aktrisaya “Qızıl qlobus” və “Oskar” mükafatına nominasiya gətirib. “Frants” filmi Venesiya kinofestivalında ən yaxşı film olaraq “Qızıl şir” mükafatına nominasiya edilib. Rejissor Bryuno Dyumonun “Sakit dəryada” filmi 9 kateqoriyada “Sezar” uğrunda mübarizə aparacaq.

“Xarici dildə ən yaxşı film” nominasiyasında “Dəniz sahilindəki Mançester”, “Mən, Deniel Bleyk”, “Toni Erdmann”, “Bu sadəcə qiyamətdir”, “Buraxılışı imtahanı”, “Dolça” və “Naməlum qız” filmləri elan edilib.

42-ci “Sezar” mükafatlandırma mərasimi fevralın 24-də Parisdə baş tutacaq.

“Sezar” mükafatına nominantlar açıqlanıb