Adıçəkilən kitab bir-biri ilə əlaqəsi olan müxtəlif həyat hekayələrinin toplusudur. Məlumata görə, ötən il Rusiyada bu kitabın 37500 nüsxəsi satılıb.

Siyahının ilk pillələrində “Harri Potter və lənətlənmiş uşaq” (307,6 min nüsxə), “Şantaram-2. Dağın zirvəsində” (187 min nüsxə) və “Səndən sonra” (130,5 min nüsxə) kitabları yer alıb.

Gənc yazıçı, jurnalist və çoxsaylı mükafatların laureatı olan Elçin Səfərli öz əsərlərində şərq adət-ənənələri, mədəniyyəti və sevgisi haqqında yazır. Onun “Bosforun şirin duzu” və “Geriyə dönmədən ora” kitabları da oxucular arasında populyarlıq qazanıb. (buro247.az)