Home / Ədəbiyyat  / Şair Camal Yusifzadə dünyasını dəyişdi

Şair Camal Yusifzadə dünyasını dəyişdi

Tanınmış şair Camal Yusifzadə bu səhər qəfil dünyasını dəyişib. Bu barədə mərhumun həyat yoldaşı məlumat verib. O bildirib ki, Camal müəllim ürək xəstyəliyindən əziyyət çəkirdi, gecə yatıb və yuxudan ayılmayıb. Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran

Tanınmış şair Camal Yusifzadə bu səhər qəfil dünyasını dəyişib.
Bu barədə mərhumun həyat yoldaşı məlumat verib. O bildirib ki, Camal müəllim ürək xəstyəliyindən əziyyət çəkirdi, gecə yatıb və yuxudan ayılmayıb.
Image result for Camal Yusifzadə
Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil alıb. Tələbəlik illərində bədii yaradıcılığa başlayıb, ilk şeirini 1963-cü ildə Lənkəranda çıxan “Leninçi” qəzetində dərc etdirib.
Əmək fəaliyyətinə Lənkəranda “Leninçi” qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb, həm də 2 saylı şəhər orta məktəbində tarix müəllimi olub. Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləyib (1966-1972). “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olub (1972-1990).
Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olub (1991-1998).
Həmin şirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru işləyirdi (1998-ci il-dən). Onun “Dağlar arxasız olmur”, “İtil getlər”, “Kim dəli, kim ağıllı”, “Ölümü köynəkdən keçirən oğul”, “Sabaha ömür payı qazananlar” və s. pyesləri tamaşaya qoyulub.
Şair, dramaturq, nasir Camal Yusifzadə 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.
Allah rəhmət eləsin.
Print Friendly, PDF & Email
Review overview