Əsərin baş qəhrəmanı Reyçelin ağır bir taleyi var. Onun həyatında hər şey uçuruma yuvarlanmış kimidir. O ərindən ayrılıb, işini itirib və içkiyə aludə olub. Onun yeganə əyləncəsi qatarla Londona gedib, orada gəzişməkdir. Hər gün qatarla gedərkən Reyçel ideal bir ailənin yaşadığı evi müşahidə edir. Lakin günlərin birində hər şey dəyişilir.

Filmdə Emili Blant, Heyli Bennett, Rebekka Ferqyuson, Castin Teru, Lyuk Evans, Edqar Ramires, Lora Pripon və başqaları çəkiliblər.