Cümə, Yanvar 13th, 2017

now browsing by day

 

Bakıda hava sabah necə olacaq?

Yanvarın 14-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 2-4° isti, gündüz 6-9° isti , Bakıda gecəRead the Rest…


“Qalib Azərbaycandır, Ermənistan deyil” – Yazıçı Arakel Arakelyan

Erməni yazıçısı və publisisti, Ermənistanda qadağan edilmiş bir sıra kitabların müəllifi Arakel Arakelyan (Geheni Arakel) – yalnız Ermənistanın özündə deyil, onun hüdudlarından çox-çox kənarda da məşhur şəxsiyyətdir. Keçmiş baş nazir Vazgen Sarkisyanın, keçmiş prezident Robert Koçaryanın və hazırda hakimiyyətdə olan Ermənistan iqtidarının sərt tənqidçisi kimi ad qazanmış A.Arakelyan öz xalqınaRead the Rest…


Nəriman Nərimanov prospekti bağlanır – Yanvarın 16-dan

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Nəriman Nərimanov prospekti yenidən qurulur. Yenidənqurma işlərini həyata keçirən “Azəravtoyol” ASC–nin mətbuat xidmətindən bildirilib ki, bu çərçivədə sözügedən prospekt ilə avtonəqliyyat vasitələrinin hərəkəti yanvarın 16-dan etibarən məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılmasıRead the Rest…


Ərdoğanın səlahiyyətləri artırılır – TBMM-də müzakirə

Türkiyə Böyük Millət Məclisində (TBMM) Konstitusiya dəyişiklikləri barədə təkliflərin müzakirəsi davam edir. “Hürriyet” xəbər verir ki, yanvarın 13-nə keçən gecə gərgin müzakirələr nəticəsində parlamentin nəzarət səlahiyyətlərinə aid 6-cı maddə, prezidentin partiya üzvü olmasına imkan verən 7-ci maddə və prezidentin (cumhurbaşkanının) səlahiyyətli dövlət başçısı olmasını əks etdirən 8-ci maddə qəbul olunub.Read the Rest…


Azərbaycanda bu markalı benzin bahalaşdı

Azərbaycanda “AI-95 Premium” markalı benzinin 1 litrinin qiyməti 0,93 AZN-dən 1,05 AZN-ə qədər qalxıb. «Avro-4» standartlarına uyğun olan bu benzin Azərbaycana “AI-98” markalı benzin kimi Rumıniyadan gətirilir.


© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up