Home / Ədəbiyyat  / #bumənimhekayəm müsabiqəsi: Əsas mükafat Kəramət Böyükçölə verildi – FOTO

#bumənimhekayəm müsabiqəsi: Əsas mükafat Kəramət Böyükçölə verildi – FOTO

Bu gün APA Holdingdə #bumənimhekayəm müsabiqəsinin qaliblərinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimini giriş sözü ilə Kulis.az internet dərgisinin baş redaktoru Qan Turalı müsabiqənin gedişatından danışdı və qəbul olunan hekayələrin özəlliklərindən söz açdı. Sonra sözü Lent.az informasiya agentliyinin

Bu gün APA Holdingdə #bumənimhekayəm müsabiqəsinin qaliblərinin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimini giriş sözü ilə Kulis.az internet dərgisinin baş redaktoru Qan Turalı müsabiqənin gedişatından danışdı və qəbul olunan hekayələrin özəlliklərindən söz açdı.

Sonra sözü Lent.az informasiya agentliyinin baş direktoru Qabil Abbasoğluna verdi.

Çıxışında hekayə müsabiqəsini bir oxucu kimi maraqla izlədiyini söyləyən Q.Abbasoğlu birinci yerin sahibi Kəramət Böyükçölə əsas mükafatı təqdim etdi.

Yazıçı-jurnalist İlqar Rəsul da Kulis.az-ın müsabiqəsini böyük maraqla qarşıladığını söylədi, ayrı-ayrı nümunələr haqqında tənqidi fikirlərini açıqladı. İkinci yerin sahibi Hacıağa Əliyevə mükafatını təqdim etdi.

Şair Qismət #bumənimhekayəm müsabiqəsinin Azərbaycan ədəbiyyat mühiti üçün orijinallığından danışdı və bu cür layihələrin davam etməsini arzuladı. Daha sonra üçüncü yerin sahibi Hüseyn Bağırova mükafatını təqdim etdi.

Xatırladaq ki, #bumənimhekayəm müsabiqəyə 600-dən çox hekayə göndərilmiş, müsabiqə şərtlərinə cavab verən 282 hekayə Kulis.az-ın Facebook səhifəsində yerləşdirilib. Ən çox layk toplayan üç hekayə fərqlənib.

Print Friendly, PDF & Email
Review overview