Yüksək Moda Həftəsinin startına bir neçə həftə qalmış Schiaparelli rəsmi olaraq moda marafonunun iştirakçılarından biri olub. Bundan öncə brend Yüksək Moda Həftəsində qonaq olaraq iştirak edirdi.

Schiaparelli Yüksək Moda evi adını aldı

Xatırladaq ki, Schiaparelli moda brendi 60 illik fasilədən sonra 2014-cü ildə yenidən buraxılıb və dərhal kutyur iş istiqamətini əsas olaraq seçib. Onun üçün ilk kolleksiyaları dizayner Marko Zanini yaradıb. Bir neçə mövsüm öncə isə kreativ direktor vəzifəsində onu Bertran Qiyom əvəz edib. Hazırda brendin geyimlərini tez-tez qırmızı xalılarda görmək olar.