Home / Kino  / Murad Boz: Biz filmdə normal öpüşmürdük

Murad Boz: Biz filmdə normal öpüşmürdük

Müğənni Murat Boz Nizami Kino Mərkəzində  baş tutan "Dönərsə sənindir" komediya filminin qala gecəsindən sonra mətbuat konfransına qatılıb.   Ekran işinin nümayişindən sonra jurnalistlərin suallarına cavab verən müğənni film haqda təəssüratını bölüşüb:  "Çəkilişlər maraqlı keçdi. Gözəl heyətlə çalışdım.

Müğənni Murat Boz Nizami Kino Mərkəzində  baş tutan “Dönərsə sənindir” komediya filminin qala gecəsindən sonra mətbuat konfransına qatılıb.
 
Ekran işinin nümayişindən sonra jurnalistlərin suallarına cavab verən müğənni film haqda təəssüratını bölüşüb: 
“Çəkilişlər maraqlı keçdi. Gözəl heyətlə çalışdım. Çəkilişlər zamanı İrem Sak ilə Yasemin mənə çox  kömək etdi. Sevgidən bəhs etdiyi üçün film əsasən gənclər arasında maraqla qarşılandı. artıq bir neçə ölkədə qala gecəmiz keçirilib”.
– Həyatda xanımlar daha çox sevgi əzab çəkirlər. Amma filmdə sevgi acısı çəkən tərəf Murad bəydir. Sizcə, sevgi əzabını yüngülləşdirmək üçün nə lazımdır?
-Məncə, qadınlar qədər kişilər də sevgi acısı çəkir.  Canlandırdığım Mehmet obrazı da onun bir örnəyidir. Mən həyatda o vəziyyətdə olub, depressiyaya düşsəydim, həmin an Sezen Aksunun mahnılarını dinləməzdim.
 
– Filmdə öpüşmə səhnələri çox idi. Bu hər iki tərəf üçün problem yaşatmadı ki?
– Biz normal öpüşmürdük (gülür). Yanağımdan öpüb…
– Filmin ən çətin səhnəsi hansı idi?
– Dostlarım Türkiyənin çox önəmli aktyorlarıdır. Mən hər zaman komik obrazlarda  oynayıram.  Dramatik obrazda oynamamışam. Ona görə də bəzi səhnələrdə çətinlik çəkdim.
– Hər zaman romantik-komediya janrında çəkilən filmlərdə oynamısınız. Gələcəkdə dramatik obraza çəkilmək istərdinizmi?
– Bəli,  romantik komediyada çəkilirəm. Aktyorluq çox çətin sənətdir. Təbii ki,  komediya janrında çəkilən filmlərdə oynamaq asan deyil. Amma dramatik  obrazda  oynamaq üçün çox çalışmaq lazımdır.
-Murad bəy,  film sahəsində fəaliyyət göstərməyinizə səbəb film sahəsinə maraq, yoxsa pul qazanmaqdır?
– Türkiyədə belə bir söz var “Axarkən dolduracağam”. Karyeramda filmin də olmasını istəyirdim. Çünki filmləri çox sevirəm. Filmləri  kinoteatrlarda izləyənlərdən biriyəm. Filmə çəkildikdən sonra davamı gəldi. Ondan sonra film sahəsində də fəaliyyət göstərmək istədim. Təbii ki, əsl sənətim mahnı oxumaqdır.
– Filmə tamaşaçı marağı sizi qane edirmi?
– Biz çox məmnunuq. Həqiqətən da yaxşı film çəkdiyimizə inanırıq.  Siz də filmimizi  sevsəniz, çox şad olarıq. (Musavat.com)

Print Friendly, PDF & Email
Review overview