Yüklənir

Gözləyin

Heydər Əliyev sarayında ilin ilk xeyriyyə konserti baş tutdu – VİDEO

2017-ci il yanvar ayının 6-da Heydər Əliyev sarayında yeni ilin ilk xeyriyyə konserti keçirilib.

ASSA-ya bu haqda məlumatı konsertin təşkilatçısı, “Adəm” Beynəlxalq Xeyriyyəçilər Assosiasiyasının prezidenti Nicat Əsgərov verib.

Onun sözlərinə görə, xeyriyyə konsertini keçirməkdə əsas məqsəd 2015 ilk Avropa oyunlarında və Rio 2016 Olimpiadasında qızıl, gümüş və bürünc medal qazanan idmançılarımızın portretlərinin xalça üzərində toxunulmasına dəstək vermək olub.

Nicat Əsgərov bildirib ki, Şirzad Pirallahi və Sevinc Bəxtiyarın aparıcılığı ilə keçirilən konsertdə ölkənin tanınmış müğənnilərindən – Ədalət Şükürov, Niyam Salami, Elvin Abdullayev, Sevil və Sevinc bacıları, rəqs qrupu, gənc muğam ifaçıları və saz qrupu iştirak edib.

Azərbaycanın əməkdar artisti, aktyor və bədii qiraətçi Azad Şükürovun çıxışı isə zala toplaşanları coşdurub və dəfələrlə alqış sədaları ilə müşaiyət edilib.

Xatırladaq ki, bu layihə çərçivəsində ilk konsert ötən il yanvarın 12-də H. Əliyev sarayında keçirilib və o konsertdən əldə olunan vəsait hesabına 11 ədəd xalça toxunulub.

 

Scroll Up