Home / Ədəbiyyat  / Qorxmaz Şıxalıoğlu: Anamın üstündə gözünüz olsun!

Qorxmaz Şıxalıoğlu: Anamın üstündə gözünüz olsun!

Anamın üstündə gözünüz olsun! Şeir 2012- ci ilin payızında anam dünyasını dəyişib. Payızda köç edib gedən durnalar! Anam da bu payız qoşuldu sizə. İntizar gözlərim indi hər bahar, Göyləri dolaşar, sizləri gəzər. Anamın dünyaya göz açdığı gün, Təbiətin payız vaxtına düşüb. Sizlərə də yoldaş

Anamın üstündə gözünüz olsun!

Şeir

2012- ci ilin payızında anam dünyasını dəyişib.

Image result for осень женщина

Payızda köç edib gedən durnalar!
Anam da bu payız qoşuldu sizə.
İntizar gözlərim indi hər bahar,
Göyləri dolaşar, sizləri gəzər.

Anamın dünyaya göz açdığı gün,
Təbiətin payız vaxtına düşüb.
Sizlərə də yoldaş olmağı, yəqin,
O payız günündə bəxtinə düşüb.

Dilində bayatı, səsində nisgil,
Qüssə bitirərdi payız günləri.
Cavan itirdiyi qardaşı kimi,
Qəlbində başqaydı payızın yeri.

Dumanda yol alıb gedən durnalar,
Yolunuz çətindir, yolunuz uzun.
Sizin səfinizə təzə qoşulan,
Anamın üstündə gözünüz olsun!

Darıxsa, yorulsa uzaq ellərdə,
Ona bahardolu bir ümid verin.
Qoruyun şimşəkdən, soyuq yellərdən,
Hər bahar anamı mənə yetirin!

Qorxmaz Şıxalıoğlu

Print Friendly, PDF & Email
Review overview