Əlbəttə ki, Monako heç də həmişə xoşbəxtlik və zəngin həyat sözlərinə sinonim olmayıb. Bütün bunlardan ölkənin yalnız coğrafi mövqeyi ilə bəxti gətirmişdi. Qalan hər şeyə müstəqillik hüququ, beynəlxalq ictimaiyyətdə reputasiya və hətta quru ərazi əldə edərək, uzun müddət ərzində çatmaq mümkün olub. Sonuncu mübarizə hələ də davam edir. Memarlar “əhatə etməyini daxil etmək, yerləşməyini yerləşdirmək” üçün istənilən fəndə əl atırlar. Bununla onlar bura gələn turistlərə maksimum komfortla Mavi Sahildə istirahədən zövq almaq imkanı vermək istəyirlər. İndiyə qədər bu onlarda əla alınır.

Qreys Kelli
Bütün zamanların ən gözəl və romantik personajlarından biri olan şahzadə Qreys Kelli knyazlığın özünəməxsus rəmzi, onun xeyirxah, qonaqpərvər sahibəsi olub, bunun hesabına Monako turistlər arasında yenidən populyarlıq əldə edib. O, ətirli çiçək dəstlərini çox sevirdi, panno və quru çiçək və yarpaqlardan kompozisiyalar hazırlayırdı. Hətta rəsmlərə illüstrasiya və şərhlərin təqdim edildiyi “My book of flowers” kitabını yazıb. Qızılgül istehsalı və seleksiyası üzrə aparıcı dünya firması olan Meyyan Evi Monako şahzadəsinin toyu münasibətilə Grace de Monaco qızılgülünü həsr edib. Qreys Kellinin geyimlərində də çiçək motivləri iştirak edib.

Maraqlıdır ki, knyaz Renye ilə tanışlıq günündə də o zamanlar hələ aktrisa Qreys Kelli üzərində böyük parlaq çiçəklər olan libasda idi. Bu geyim indi də Qreys Kelliyə həsr olunan bütün ekspozisiyalarda sərgilənir. Şahzadənin xatirəsinə 3300 kv. metr ərazidə açılmış “Şahzadə Qreysin qızılgül bağçalarında” 14000-ə yaxın bitki yetişir. Şübhəsiz ki, bağçadakı əsas qızılgül “Princesse de Monaco”dur.

Damlarda bağlar
Knyazlığın urbanlaşdırılmış peyzajı bütün tikinti şirkətlərinin birbaşa öhdəliyi olan intensiv yaşıllaşdırma ilə kompensasiya edilir. Moneqasklar “beşinci fasad” imkanlarını tam ölçüdə istifadə edirlər və nəticədə damlarda gördüyümüz gözəl bağlar alınır. Monakonun bağçılıq mədəniyyətinə ancaq paxıllıq etmək olar. 1933-cü ildən knyazlıqda “Ekzotik bağ” fəaliyyət göstərir, 90-cı illərdən isə “Yapon bağı” da gözəl ətirini ətrafa yayır, burada memar Beppu dzen fəlsəfəsinin əsas ənənələrinə əməl etməklə əsas əfsanəv və mif çarlığı yaradıb.

Monte-Karlo kazinosu
Milyonlarla turist böyük pulların əbədi bayramına qoşulmaq üçün bu dəbdəbəli kazinoya gəlirlər. Knyazlığın əsas gəlir mənbələrindən biri olan kazino bir zamanlar Monakonu maliyyə uçurumundan qorudu və onu azartlı varlıların görüş yerlərindən biri etdi. Dəbdəbəli binanın damı altında talelər həll olunurdu: ağlasığmaz məbləğlər uduzulurdu, həyatlara son qoyulurdu. Kazino öz cəlbediciliyini indi də itirməyib: buranın qonaqları onilliklər öncə olduğu kimi uğuru yaxalamağa çalışırlar. Yerli sakinlər isə bu hüquqdan məhrumdurlar. Qanuna görə onlar kazinoda oynaya bilməzlər.

Monako - böyük imkanların olduğu kiçik ölkə

Metropol oteli
2004-cü ildə böyükmiqyaslı dizayn dəyişikliyindən sonra Hotel Metropole Monte-Carlo oteli öz qapılarını qonaqlar üçün açdı. Otelin qonağı olan bütün məşhurların adını çəkmək mümkün deyil. Lyuks otel seqmentinin bu nəhəngi yorulmuş səyahətçiləri narahat edən suallara cavab verən üç “balina” üzərində dayanır: harada istirahət etmək olar, nə yemək olar və gücü necə bərpa etmək olar?

Monako - böyük imkanların olduğu kiçik ölkə

Monako - böyük imkanların olduğu kiçik ölkə

Monako - böyük imkanların olduğu kiçik ölkə

Monako - böyük imkanların olduğu kiçik ölkə

Monako - böyük imkanların olduğu kiçik ölkə

Monako - böyük imkanların olduğu kiçik ölkə

Tanınmış fransız memar və dizayner, Fəxri Legion Ordeninə layiq görülən Jak Qarsiya bir neçə ştrixlə oteli müasirləşdirərək, onun klassik atmosferini qoruya bilib. Landşaft dizayneri Jak Messenin köməyilə dekorator çoxlu bitkilər əlavə edib, girişdə böyük tağ yerləşdirib, oteli büllur və bahalı tekstillə bəzəyib – nəticədə möhtəşəm Aralıq dənizi sarayı alınıb.

Monako - böyük imkanların olduğu kiçik ölkə

Monako - böyük imkanların olduğu kiçik ölkə

Qidalanma məsələsi tamamilə birmənalı şəkildə həll olunur. Metropole haqqında danışarkən Joel Robyuşonu və ya əksinə nəzərdə tutulur. Özü də ki, maestronun hər üç restoranında olmaq lazımdır. İki “Mişlen” ulduzlu, açıq mətbəxə mənzərəsi açılan və delikateslərin hazırlanma sirrini əyani müşahidə etməyin mümkün olduğu fəxri stolda əyləşməyin daha məqsədəuyğun olduğu Joël Robuchon Monte-Carlo restoranı, dünyada ən yaxşı qara treskanın hazırlandığı Yoshi yapon restoranı və nəhayət, layihəsini Karl Laqerfeldin hazırladığı “ODYSSEY” restoranı. Sonuncuda dəbdəbə sevənlər üçün hovuz Swarovski daşları bəzədilib, rahat terras isə uzun axşam söhbətləri üçün ideal yerdir.

Monako - böyük imkanların olduğu kiçik ölkə

Monako - böyük imkanların olduğu kiçik ölkə

Monako - böyük imkanların olduğu kiçik ölkə

Monako - böyük imkanların olduğu kiçik ölkə

Monako - böyük imkanların olduğu kiçik ölkə

Uzun illər ərzində ESPA Monte-Carlo spa-mərkəzi özünüzü əla hiss etməyin, gözəlliyin, ruh və bədən harmoniyası sözlərinin sinonimi olub. Ancaq zaman bir yerdə dayanmır və artıq gələn ilin fevral ayında Metropole oteli öz yeni layihəsini təqdim edəcək. Yeni – dünyada sayca üçüncü (Mərakeş və İsveçrədən sonra) SPA Givenchy-nin buraxılışına artıq hər şey hazırdır. Memar Didye Qomez yeni məkanı otelin ümumi konsepsiyasına uyğunlaşdıra bilib. Spa-mərkəzin prosedurlarında dəriyə qulluq üzrə effekti vasitələr istifadə olunacaq – le Soin Noir, Hydra Sparkling və L’Intemporel.

Dəbdəbəli restoranlar, gözəl ətirli bağlar və lyuks otellər, vətəndaşlar üçün yüksək həyat səviyyəsi, xarici investorlar üçün güzəştli tariflər, turistlər üçün əla istirahət – görünür, knyazlıq Monako adlı dünyanın ən sıx məskunlaşılan nağıl guşəsində nə vaxtsa hər kəs üçün olacaq firavanlığın universal formulasını hazırlaya bilib.

Monako - böyük imkanların olduğu kiçik ölkə

Monako - böyük imkanların olduğu kiçik ölkə

Mənbə: http://www.buro247.az/lifestyle/design-and-arhitecture/monako-b-y-k-imkanlar-n-oldu-u-ki-ik-lk.html