Serj Sarkisyan Azərbaycanla sərhədə gəldi

print
Bu gün Ermənistan prezidenti Serj Sarkisyan, müdafiə naziri Vigen Sarkisyan və bütün ermənilərin katolikosu Qaregin II Azərbaycanla dövlət sərhədinə, dekabrın 29-da döyüşlərin baş verdiyi Tavuş vilayəti istiqamətinə gələrək erməni ordusunun mövqelərinə baş çəkib.

Erməni KİV-lərinə istinadən xəbər verilir ki, Sarkisyan və onu müşaiyət edənlər Azərbaycanla sərhəddəki erməni postlarına baş çəkərək hərbçilərlə görüşüb, onlarla Yeni ilin gəlişini qeyd edib.

Xatırladaq ki, həmin gün baş vermiş döyüşlərdə Ermənistan ordusu 3 hərbçisini itirib, Azərbaycan ordusunun bir əsgərinin cəsədi düşmənin nəzarətində olan ərazidə qalıb. (Virtualaz.org)

Scroll Up