Home / Kino  / Qazaxıstanda Türk dilini “Polat Alemdar”dan öyrənirlər

Qazaxıstanda Türk dilini “Polat Alemdar”dan öyrənirlər

Astanada təşkil edilən Türk Filmləri Həftəsində 5 film göstərildi. Qazax vətəndaşların "Kurtlar Vadisi" dizisi sayəsində Türkçə öyrəndikləri ortaya çıxdı. ASSA xəbər verir ki, bu haqda məlumatı Türkiyə mediası yayıb. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Astana Proqram

Astanada təşkil edilən Türk Filmləri Həftəsində 5 film göstərildi. Qazax vətəndaşların “Kurtlar Vadisi” dizisi sayəsində Türkçə öyrəndikləri ortaya çıxdı.

ASSA xəbər verir ki, bu haqda məlumatı Türkiyə mediası yayıb.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Astana Proqram koordinatoru Ali İhsan Çağlar “Burada 15 ildir Türkçə öyrətməyə çalışırıq. Ancaq bizim işimizi “Polat Alemdar” daha tez həll edir” dedi.

Türk Filmləri Həftəsində TİKA prezidentinin baş müşaviri Yalçın Topçu və AK Partiyadan Millət vəkili Mətn Gündoğdu olmaqla Türkiyədən prodüserlər, aktyorlar qazax sinemaçılarla tanış olub fikir mübadiləsi etmək imkanı əldə etdi.

Qeyd edək ki, Qazaxıstanda “Polat Alemdar”dan Türk dilini öyrənənlər arasında uşaqlarına dizilərdəki adları verənlər  də var.

Print Friendly, PDF & Email
Review overview