Muzey əvvəllər Kristian Lakruanın moda evinin yerləşdiyi malikanədə açılıb. Burada fironların zamanından müasir kimyaçı-alimlərin nailiyyətlərinə qədər, eləcə də Kleopatra, Roma konsulu Mark Antoni və Qabriel Şanelin ətirləri haqqında maraqlı faktlar əldə etmək olar. Muzey ziyarətçilərə interaktiv eksperimentlərdə iştirak etməyi təklif edir. Bu eksperimentlər insan üçün hətta emosional nöqteyi-nəzərdən, məsələn, ətirli bağda gəzməyin nə qədər vacib olduğunu göstərir.

Malikanənin mərtəbələrindən biri parfümerlərə həsr olunub və burada böyük rəqəmsal laboratoriya yerləşir. Laboratoriyada nüfuzlu parfümerlərin – Jan-Klod Ellen (Hermes), Enn Flipo (Chloe, Burberry, Giorgio Armani) və Matilda Loran (Guerlain, Cartier) iştirakı ilə xüsusi videolar göstərilir.

Muzeydə planşetlərlə ekskursiya etmək olar. Onlar sizin geolokasiyanızı müəyyən edərək, bələdçinizə çevriləcək.

Parisdə Parfümeriya muzeyi açılıb

Parisdə Parfümeriya muzeyi açılıb

Parisdə Parfümeriya muzeyi açılıb

Parisdə Parfümeriya muzeyi açılıb

Mənbə: http://www.buro247.az/beauty/news/parisd-parf-meriya-muzeyi-a-l-b.html