Stekhauslar – zahirən ideal ailə cütlüyüdür. Uolter uğurlu memardır, Klara isə rieltor və möhtəşəm ev xanımıdır. Lakin əslində Uolter çoxdandır ki, boşanma barədə düşünür. Bir dəfə onun diqqətini qəzetdə verilən elan çəkir: bukinistin arvadı avtobus dayanacağında qəddarcasına öldürülüb, cinayətkar isə tapılmayıb. Ona elə gəlir ki, qatil qadının həyat yoldaşı ola bilər, ancaq onun da etibarlı alibisi var. Stekhaus onunla görüşmək qərarı verir, ancaq hansı tələyə düşəcəyini güman belə etmir.

Rejissoru Endi Qoddardın filmində Patrik Uilson, Heyli Bennett, Cessika Bil, Vinsent Kartayzer, Eddi Marsan, Radek Lord, Korri Denieli və başqa aktyorlar çəkiliblər.