Cümə axşamı, Dekabr 22nd, 2016

now browsing by day

 

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri DTX-nın istintaq təcridxanasına baş çəkdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib. Bu haqda məlumatı ombudsman.gov.az saytı yayıb. Məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarınınRead the Rest…


Hələb şəhəri terrorçulardan tamamilə azad edildi

Suriyanın Hələb şəhəri terrorçulardan azad edilib və ölkə ordusunun tam nəzarəti altındadır. Bu bəyanatla Suriya Ərəb Respublikası Silahlı Qüvvələrinin komandanlığı çıxış edib. Çıxış mətnini “Əl Əxbariyə” telekanalı efirə verib. “Hələbdə qələbə terrorçuluğa qarşı müharibədə mühüm bir dönüş nöqtəsidir”, – deyə bəyanatda bildirilir. (report)


Avropa İttifaqının qeyri-adi qərargah binası – Belçikada

Avropa İttifaqının Brüsseldə yerləşən yeni qərargah binası keçmişlə müasirliyin vəhdətini özündə əks etdirir. Yeni qərargah üçün Belçika hökuməti Brüsselin Avropa kvartalında 20-ci illərdə tikilmiş Residence Palace binasının blokunu ayırıb. Bu binanın bir hissəsi Samyn & Partners, Studio Valle Progettazioni və Buro Happold memarlıq bürolarının gücləri ilə təmir edilib.  Binanın şimal-şərq hissəsiRead the Rest…


Stiven Siqal Azərbaycan əsilli milyarderin ortağı oldu

Bir müddət əvvəl Rusiya vətəndaşlığını almış Amerika aktyoru Stiven Siqal Rusiyada ticarət meydançalarının təşkilli ilə məşğul olan “Rus yarmarkaları” şirkətinin həmtəsisçisi olub. RBK-ya istinadən bildirilir ki, şirkətin ikinci həmtəsisçisi Azərbaycandan olan milyarder Akif Hilalovdur. SPARK-ın məlumatına görə, “Rus yarmarkaları” müxtəlif məhsulların və tütün məmulatlarının pərakəndə ticarəti ilə məşğul olur. ŞirkətRead the Rest…


“Qarabağa görə biz Ermənistanı itirə bilərik” – Anait Sinanyan

Xəbər verdiyimiz kimi, dünən ictimai fəal, ABŞ-dakı erməni diasporunun üzvü Anait Sinanyan erməni və azərbaycanlı fəalların 2016-cı ilin noyabrında Bakıda hazırlayıb imzaladıqları “Ermənistan və Azərbaycan arasında sülh üçün Platforma”nı dəstəkləyib və imzalayıb. A.Sinanyan Nyu-Yorkda yaşayır, hüquq üzrə mütəxəssisdir, 2016-cı ilin yayında ABŞ-dakı Ermənistan səfirliyinin qarşısında siyasi məhbusların hüquqlarının müdafiəsi üçünRead the Rest…


2035-ci ilədək 121 mindən çox bina söküləcək – Bakıda

Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planına (Baş Plan) əsasən, 2035-ci ilədək 121 min 919 binanın sökülməsi nəzərdə tutulub. Bu barədə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib. O bildirib ki, Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planına əsasən yaşayış ərazilərinin yenidən qurulması səbəbi ilə 45 min 76, yollarınRead the Rest…


Mərhum səfir Andrey Karlovla vida mərasimi keçirilir – Moskvada (VİDEO)

Dekabrın 22-də Moskvada Rusiya Federasiyasının Türkiyə Respublikasında qətlə yetirilmiş səfiri Andrey Karlovla vida mərasimi keçirilir. Mərasimdə Rusiya Prezidenti Vladimir Putin iştirak edir.


İlham Əliyev 3 ölkənin Parlament sədrini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanı, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulini və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Dursunbekovu qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də BP şirkətinin prezidenti Robert Dadlini qəbul edib.


Xırdalana, Lökbatan və Rəsulzadə qəsəbələrinə metro çəkilməlidir – Təklif

Bakı Dövlət Layihə İnstitutu Bakıətrafı ərazilərdə 3 əsas istiqamətdə metro xəttinin çəkilməsini təklif edir. Bu barədə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib. O bildirib ki, bu 3 istiqamətə Xırdalan şəhəri, Lökbatan və Rəsulzadə qəsəbələri daxildir. İ.İsbatov qeyd edib ki, Binəqədi rayonunda böyük bir səhiyyə kompleksinin, həmçinin əczaçılıq vəRead the Rest…


© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up