Təxminən yüz il öncə, 1918-ci ildə Menorkada yerləşən Ferrerias kəndində puant istehsalı üzrə kiçik atelye açıldı. Bu, Maskaro ailəsinin birgə işi idi. Onların buna sərf etdiyi əmək də cavabsız qalmadı. Zamanla balerinalar üçün ayaqqabı tikişi ilə məşğul olan kiçik kənd manufakturası böyüdü və geniş miqyas aldı. Bu gün Mascaro ayaqqabı konserni lyuks seqmentdə birinci yeri tutur və dörd nəslin əməyinin nəticəsi olan Pretty Loafers, Pretty Ballerinas, Ursula Mascaró və Jaime Mascaró kimi brendlərə sahibdir.

Pretty Ballerinas: hər şey necə başladı?

Pretty Ballerinas markasının əsası 2005-ci ildə qoyulub və marka bu zaman ərzində dünyanın müxtəlif yerlərindən olan qadınların sevgisini qazanıb. Zamanla brend öz istiqamətini genişləndirdi və baletka istehsalı ilə yanaşı, krosovka, çəkmə, qadın və uşaqlar üçün aksessuar istehsal etməyə başladı. Markanın bütün məhsulları Avropa fabriklərində istehsal olunur. Yumşaq altlıq, rahat qəlib, parlaq və stilli modellər, ayaqqabını həm gündəlik, həm də ziyafət geyimləri ilə uyğunlaşdırmaq imkanı Pretty Balerinas ayaqqabılarını universal etdi. Ayaqqabının istehsalı zamanı təbii dəri və zamşadan istifadə edilir, bu isə onu kifayət qədər praktik edir. Bir qayda olaraq, belə ayaqqabılar uzunömürlü olur.

Pretty Ballerinas: hər şey necə başladı?

Pretty Ballerinas: hər şey necə başladı?

Pretty Ballerinas: hər şey necə başladı?

Pretty Ballerinas: hər şey necə başladı?

Pretty Ballerinas: hər şey necə başladı?

Pretty Ballerinas: hər şey necə başladı?

Pretty Ballerinas mağazaları London və Paris, Milan və Barselona, İstanbul və Kann kimi dünyanın ən böyük şəhərlərində yerləşir. Lakin artıq arzuladığınız Pretty Ballerinas ayaqqabılarını əldə etmək üçün bu qədər uzağa getməyə ehtiyac qalmayıb. Klaudia Şiffer, Keyt Moss, Kayli Minouq, Lindsi Lohan və digər ulduzların sevdiyi ayaqqabıları Bakıdakı yeni Pretty Ballerinas butikindən əldə edə bilərsiniz.

Pretty Ballerinas: hər şey necə başladı?

Pretty Ballerinas: hər şey necə başladı?

Pretty Ballerinas: hər şey necə başladı?

Pretty Ballerinas: hər şey necə başladı?

Mənbə: http://www.buro247.az/fashion/buro-secir/pretty-ballerinas-h-r-ey-nec-ba-lad.html