19 yaşlı qız “Dünya gözəli” oldu – VİDEO

print
Bazar günü axşam ABŞ-ın Merilend ştatında “Dünya gözəli -2016” müsabiqəsinin final mərhələsi keçirilib.

Interfax informasiya agentliyinə istinadla xəbər verilir ki, müsabiqənin qalibi puerto-rikolu Stefani del Valle (Stephanie Del Valle) olub. On doqquz yaşlı del Valle tacı ötənilki qalib Mireya Lalaqunadan alıb. İkinci yeri Dominikan Respublikasından Yaritse Migeline Reyes Ramires, üçüncü yeri İndoneziyadan Nataşa Manuella tutub.

Artıq 66-cı dəfə keçirilən “Dünya gözəli” müsabiqəsində dünyanın 100-dən çox ölkəsindən olan qızlar iştirak ediblər.

Scroll Up