Window Wonderland saytı istənilən internet-istifadəçisinə Nyu-Yorkun məşhur mağazalarına virtual tur etmək imkanı verəcək. Bunu smartfon və ya kompyuterin köməyilə etmək mümkündür. Ümumilikdə saytda Louis Vuitton, Tiffany, Bloomingdale’s, Burberry, Cartier də daxil olmaqla, 18 butikin bayram dekorasiyaları təqdim edilir. Fotolar slayder və panorama rejimi təqdim edilir. Bundan başqa, istifadəçilər mağazaların kreativ direktorlarının audio-bələdçilərinə qulaq asa bilər.