Selena Qomes dəb sənayesini aktiv şəkildə fəth etməyə davam edir. Bundan öncə Louis Vuitton reklam kampaniyasının siması olan gənc müğənni Amerikanın Coach brendi ilə 10 milyon dollarlıq müqavilə imzalayıb.

Müqaviləyə görə, Qomes reklam kampaniyasının siması olmaqla yanaşı, markanın yeni kolleksiyasının dizayneri olaraq çıxış edəcək.