Conde Nast nəşriyyat evində 30 illik karyeraya sahib olan və moda dünyanın ən nüfuzlu şəxsləridnən biri Anna Harvi “Zamanın fövqündə olan stil” (Timeless Style: Dressing Well for the Rest of your Life) adlı kitabını buraxıb. Öz kitabında Harvi ilk növbədə 50-dən çox yaşı olan qadınlara müraciət edir. O, pulu modaya nə vaxt, necə xərcləmək və ya xərcləməmək haqqında danışır. Eləcə də o, nəyi və necə geyinmək lazım olduğunu, hansı moda hesablamalarından isə qaçmaq lazım olduğunu izah edir.

Şahzadə Diananın stilisti kitab yazıb

Eləcə də, kitabda siz Donna Karandan Qreys Koddinqton və Linda Yevanqelistaya qədər moda dünyasının nüfuzlu qadınlarının məsləhətlərini tapacaqsınız. Kitabı artıq Amazon.com saytından sifariş etmək olar. Nəşrin qiyməti 20 dollardır.