Burada cəmiyyətin müxtəlif təbəqələrinə aid və həyata müəyyən baxışları olan çoxlu sayda insanlar yaşayır. Onların arasında imkanlı və hər gün çoxlu sayda problemlərlə qarşılaşan sadə sakinlər var. Bəzən belə təəssürat yaranır ki, onlar sanki müxtəlif dünyalarda yaşayırlar və onların yolları çətin ki, nə vaxtsa kəsişsin. Ancaq taleyin işini bilmək olmaz.

Filmin rejissoru Cim O’Henlondur. Filmdə İdris Elba, Cemma Arterton, Tom Kallen, Frants Dramex, Rayan Qeyc, Ken Stott, Kirston Vereynq və başqa aktyorlar çəkilib.