Film amerikalı yazıçı Deyv Eqqersin 2013-cü il bestsellerinin ekranlaşdırılmasıdır. The Circle texnoloji şirkəti öz istifadəçilərinin elektron poçtu, onların sosial şəbəkələrdəki səhifələri, bank kartları və alışları barədə məlumatları ümumi bir sistemdə birləşdirir. Nəticədə insanlar servislərə girişi asanlaşdıran universal onlayn-identifikatorlar əldə edirlər. Ancaq bu rahatlığın qaranlıq tərəfi də var.

Rejissor Ceyms Ponsoldtun filmində Karen Qillan və Con Boyeqa da çəkilib. Filmin dünya premyerası 28 aprel 2017-ci ilə planlaşdırılıb.