Home / Ədəbiyyat  / Cəlil Cavanşir: Həmid Herisçi ölüb, iylənməyindən xəbəri yoxdur

Cəlil Cavanşir: Həmid Herisçi ölüb, iylənməyindən xəbəri yoxdur

“Həmid Herisçi reallıq hissini itirmiş avantüristdir”. Bu sözləri yazıçı Cəlil Cavanşir Həmid Herisçinin Azad Yazarlar Ocağı və yazıçı Rafiq Tağı haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Məsələyə öz şəxsi Facebook səhifəsində münasibət bildirən yazıçı Həmid Herisçinin fikirlərini tənqid edib. “Onun din

“Həmid Herisçi reallıq hissini itirmiş avantüristdir”.

Bu sözləri yazıçı Cəlil Cavanşir Həmid Herisçinin Azad Yazarlar Ocağı və yazıçı Rafiq Tağı haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Məsələyə öz şəxsi Facebook səhifəsində münasibət bildirən yazıçı Həmid Herisçinin fikirlərini tənqid edib.

“Onun din adına verdiyi açıqlamaların dinə, ədəbiyyat adına verdiyi açıqlamaların ədəbiyyata dəxli yoxdur. Zamanında yazdığı şeirləri, yazılara sözüm yox. Artıq illərdi ki, Həmid ağa qeyri-ciddi obrazı ilə özünü reklam etməyə, gündəmdə qalmağa çalışır. Rafiq Tağı dünyasını dəyişsə də, ölməyib. Həmid isə hər gün “ölür” və təəssüf ki, artıq iylənməyindən xəbəri yoxdur”.

Image result for həmid herisçi

Həmid Herisçi 

Qeyd edək ki, yazıçı Həmid Herisçi Teleqraf.com-a müsahibəsində  Rafiq Tağının onu kiminsə sifarişi ilə tənqid etdiyini, fitvaya getdiyini iddia edib və mərhum yazıçı haqda ağır sözlər işlədib:

“O da fitvaya getmişdi. Buna görə də axırı çox pis oldu. AYO-nun başına kontrol atəşini şəxsən özüm vuracağam”.

Həmid Herisçi bir yazıçının başqa bir yazıçı, həm də qətlə yetirilmiş qələm yoldaşı haqda belə danışmasını bu cür izah etməyə çalışıb:

Image result for rafiq tağı

Rafiq Tağı

“Xainləri sevmirəm, heç vaxt bağışlamıram. Peyğəmbərə dönük çıxan şəxs dostlarına da xain çıxdı. Mən onu xain kimi tanıyıram. Xainin ölüsü-dirisi olmur, mənim üçün xaindir o”.

Print Friendly, PDF & Email
Review overview