Home / Mədəniyyət  / Azərbaycanlı kişilərin “paxırı”nı açdı, “Əməkdar jurnalist” oldu

Azərbaycanlı kişilərin “paxırı”nı açdı, “Əməkdar jurnalist” oldu

"Xəzər" telekanalında yayımlanan "Səni axtarıram Xoşqədəmlə" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı bu gün ölkə başçısı İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” adına layiq görülüb. Xatırladaq ki, "Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Baxşəliyeva 2012-ci ildən 2015-ci ilə qədər ATV telekanalında yayımlanan

“Xəzər” telekanalında yayımlanan “Səni axtarıram Xoşqədəmlə” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı bu gün ölkə başçısı İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” adına layiq görülüb.

Image result for səni axtarıram xoşqədəm hidayətqızı ilə xəzər

Xatırladaq ki, “Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Baxşəliyeva 2012-ci ildən 2015-ci ilə qədər ATV telekanalında yayımlanan “Səni axtarıram” verilişi ilə daha populyarlıq qazanıb. Adı çəkilən proqramda Xoşqədəm Hidayətqızının əsas hədəfi itkin düşən insanların axtarışı olub.

Image result for səni axtarıram xoşqədəm hidayətqızı ilə xəzər

Qeyd edək ki, bu verilişlərdən sonra uzun illər qürbət ölkələrdə yaşayan bir çox azərbaycanlı kişilərin “paxırı” açılıb və onların qoyub gəldikləri və yaxud unutduqları övladları tapılaraq Azərbaycana gətirilib.

Image result for səni axtarıram xoşqədəm hidayətqızı ilə xəzər

Print Friendly, PDF & Email
Review overview