Home / Avto  / Mercedes elektrik krossover hazırladı – FOTO+VİDEO

Mercedes elektrik krossover hazırladı – FOTO+VİDEO

Bu gün Paris avtosalonunda nümayiş olunan bu maraqlı "Mercedes-Benz" konsepti bütöv bir model sırasından xəbər verir - tam elektrik cərəyanı ilə çalışan "Generation EQ" krossoveri "EQ" ("Electric Intelligence") subbrendinə start vermək üçün gəlib. Yəni, "Mercedes"

Bu gün Paris avtosalonunda nümayiş olunan bu maraqlı “Mercedes-Benz” konsepti bütöv bir model sırasından xəbər verir – tam elektrik cərəyanı ilə çalışan “Generation EQ” krossoveri “EQ” (“Electric Intelligence”) subbrendinə start vermək üçün gəlib. Yəni, “Mercedes” seriyalı bir neçə elektrokar hazırlayır.

Bunlardan biri də krossover “GLC” olacaq. Görünür, o, çox sürətlidir – konsept elektrik cərəyanı ilə işləyən iki mühərriklə (bu, hər oxda 408 a.g. və 700 Nm deməkdir) təchiz olunub və ilk yüzlüyü 5 saniyəyə yığır. Yetmiş kilovat/saatdan çox həcmi olan tökmə-ion batareyalar 500 km məsafə qət etməyə imkan verir.

Seriyalı istehsalat 2019-cu ilə planlaşdırılıb, odur ki, əgər yenilik futuristik dizaynı və kosmik salonu saxlasa təəccüblənmərik – daxildə və xaricdə LED işıqlar, taçpədi olan böyük displey, arxa görünüş güzgüləri əvəzinə kameralar, bir sözlə, adət halı alan əşyalar. (auto.az)

 

 

https://www.youtube.com/watch?v=lrXlLeCTNuc

Review overview