Orijinal L449 TRP nömrə nişanlı beş silindrli kabriolet istehsalçı firma tərəfindən şahzadəyə 1994-cü ilin martında – Diananın ölümündən 3 il öncə təqdim edilib. O, avtomobildə 4 min kilometr məsafə qət edib. Avtomobil 50-60 min funt sterlinq məbləğində dəyərləndirilib.

Şahzadə Diananın avtomobili satışa çıxarılacaq

Bundan başqa, hərraca İngiltərə kraliçası 2-ci Yelizavettaya aid olan Bentley də çıxarılacaq. Bu avtomobilin start qiyməti isə 272-300 min dollar təşkil edəcək. Lotlar arasında bir zamanlar Elton Cona məxsus olan Rolls-Royce, şahzadə Marqaretə aid olan Rolls-Royce, Devid Kemeronun həyat yoldaşı üçün aldığı Fiat avtomobili və bir çox digər modellər var.