İlkin proqnozlara görə, ekoloji kurortun tikintisi 1,5 milyard dollara başa gələcək. Layihə üçün 70 milyon dolları İsveçrənin TFI holdinqi investisiya edib. Kurortun layihəsi üzərində Xorvatiyadakı Sea Organ qeyri-adi art-obyektinin müəllifi Nikola Başiç çalışacaq. Bu, səs trubaları ilə dənizə pilləkən olacaq: onlara müxtəlif qüvvəli dalğalar gələndə trubalar müxtəlif səslər çıxaracaq.

Eko-kurortun turistləri cəlb etməsi gözlənilir, çünki burada 5 ulduzlu otel, çimərliyi çıxışı olan gözəl villalar, brend mağazaları və qolf üçün meydançanın tikintisi nəzərdə tutulub. Hollivud ulduzu sosial məkanlar barədə də düşünəcək. Belə ki, burada həm də pulsuz məktəb və klinika tikiləcək.