Yeni sedan 100 km/saat sürəti avtomobilin əvvəlki modifikasiyasından 0,1 saniyə daha tez yığır. Bunun üçün ona 4,5 saniyə lazımdır. Bentley Motors-un direktorlar şurasının sədri və icraçı direktoru Volfqanq
Dyurhaymer yeni maşını həm sürücü, həm də sərnişin üçün ideal avtomobil hesab edir. Bentley Flying Spur W12 S-in qiyməti hələ ki açıqlanmayıb, ancaq şirkət bütün maşınları bu ilin sonuna qədər satmağı planlaşdırır.