Loading

wait a moment

AzTV ilə İTV kadrları dəyişdi: Yeni təyinatlar

print
Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətində yeni təyinatlar olub.

Bu haqda ASSA-ya AzTV-dən xəbər verilib.

Məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Carçıfilm” Yaradıcılıq Birliyinin direktoru Hikmət Yaqubov AzTV-də Bədii rəhbər, AzTV-də “Hərbi-vətənpərvərlik” baş redaksiyasının baş redaktoru Telman Nəzərli isə İTV-də İnformasiya departamentinin direktoru vəzifələrinə qoyulub.

Qeyd edək ki, Hikmət Yaqubov əvvəllər AzTV-də «Səhər» musiqi-informasiya proqramında baş rejissor kimi çalışıb.

“Hərbi-vətənpərvərlik” baş redaksiyasının rəhbərliyinə isə AzTV-də uzun müddət çalışan, 1-ci Qarabağ savaşında saysız-hesabsız kardlar çəkən və döyüşlərin birində ağır yaralanan Ədil Arifoğlu gətirilib.

Scroll Up