Çərşənbə, Avqust 10th, 2016

now browsing by day

 

Kamilə Babayeva ATV-dən “Xəzər”ə getdi

ATV-də yayımlanmış “Belə yaxşıdır” verilişinin aparıcısı, eləcə də “5-ci element” layihəsinin simalarından biri olan Kamilə Babayeva əməkdaşlıq etdiyi telekanalla yollarını ayırıb. Peşəkar aparıcılar sırasında birincilərdən olan Kamilə, bundan sonra “Xəzər TV” ekranlarında tamaşaçı görüşünə gələcək. Yeni mövsümdən yayımlanacaq proqramın adı hələ ki, sürpriz olaraq gizli saxlanılır. (Primetime.az)


İlham Əliyev Qəbələ rayonuna getdi – FOTOLAR (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələ rayonuna səfərə gedib. Dövlət başçısı əvvəlcə mərhum prezident Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev abidənin ətrafında, ümumiyyətlə, son illər rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib. DahaRead the Rest…


Paşazadə Gülənə “şeytan” dedi və Türkiyəyə 100 min dollarlıq çek verdi

Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Kahraman Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəni qəbul edib. Türkiyə mənbələrinə istinadən xəbər verilir ki, görüşdə 15 iyul hərbi çevriliş cəhdinin qarşısının alınması barədə danışılıb. Paşazadə Türkiyədə dini liderlərin toplantısına qatılmaq üçün Ankaraya səfər edib. Allahşükür Paşazadə isə Türkiyəyə “keçmiş olsun” mesajlarını çatdırıb, azərbaycanRead the Rest…


Qara Namazovun şəxsi sənədləri Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub

Tənqidçi-ədəbiyyatşünas alim, professor Qara Namazovun şəxsi sənədləri S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub. Milli Arxiv İdarəsindən bildirilib ki, sənədlərin sırasında Q.Namazovun əlyazmaları, təsviri sənədlər, məktublar, onun haqqında yazılmış, özünün topladığı sənədlər və s. vardır. Arxivə qəbul edilən sənədlərin Milli Arxiv Fonduna daxil edilməsi üçün müvafiq qaydada rəsmiləşdirmə işləriRead the Rest…


Türkiyə “Rio-2016″da ilk medalını qazandı

Türkiyə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb. Kişilərin ağır atletika yarışlarında 69 kiloqram çəki dərəcəsində çıxış edən Daniyar İsmayılov gümüş medala sahib olub. İdmançı iki hərəkətin cəmində 351 kiloqram (birdən 163 kq, təkanla 188 kq) nəticə göstərib. Qızıl medala 352 kiloqram (162+190) ağırlığın öhdəsindən gələn çinli JiyonqRead the Rest…


Abdulatipov Putinlə Ərdoğanı barışdırmasından danışdı

Xəbər verdiyimiz kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında barışığın əldə olunmasında Dağıstan rəhbəri Ramazan Abdulatipovun və türkiyəli biznesmen Cavid Çağların vasitəçiliyi olub. Bu haqda detalları “Hürriyet” qəzeti yazıb. (http://virtualaz.org/bugun/76304) “Komsomolskaya pravda” qəzeti bu vasitəçilik səyləri ilə bağlı Ramazan Abdulatipova zəng edib. Dağıstan rəhbəri detallardan danışmaqRead the Rest…


Fərhad Əhmədov azərbaycanlılarla erməniləri sülhə çağırdı

Azərbaycan əsilli nüfuzlu rusiyalı biznesmen, 2004-2009-cu illərdə  Rusiya Federasiya Şurasının üzvü olmuş milyarder Fərhad Əhmədov virtualaz.org saytı vasitəsilə azərbaycan və erməni xalqlarına müraciət edərək onları sülhə çağırıb. Biznesmenin müraciətini oxuculara çatdırırıq: Hörmətli azərbaycanlılar və ermənilər! Hərdən olduqca mürəkkəb vəziyyətlərə dair ən sadə sözləri axtarıb tapmaq asan olmur. Bizim aramızdakı münaqişə də məhzRead the Rest…


Bakı Olimpiya Stadionuna avtobus xətti açılacaq

Bakı Olimpiya Stadionuna yeni avtobus xətti açılacaq. Bu barədə stadionun direktoru Cavid Qarayev məlumat verib. C.Qarayev bildirib ki, bundan sonra azarkeşlər metronun “Koroğlu” stansiyasından stadiona rahat şəkildə gələ biləcəklər: “Stadionun üç nöqtəsində dayanacaq qoyulacaq. Lazımi qurumlarla danışıqlar aparılıb. Stadiona gələn azarkeşlər 15 nömrəli avtobuslardan istifadə edə biləcəklər. Stadionumuzda keçiriləcək tədbirlərdənRead the Rest…


Rövşən Lənkəranskinin dəstəsi dağıdıldı – FOTO+VİDEO

Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti “qanuni oğru” Rövşən Lənkəranskinin himayəciliyi ilə Uralda fəaliyyət göstərən cinayətkar qruplaşmanın saxlanılmasını əks etdirən video yayıb. Mütəşəkkil cinayətkar qruplaşma iş adamlarından külli miqdarda pul və əmlak ələ keçirməklə məşğul olub. “Qanuni oğru”nun adamları yığıncaq üçün Nijni Tagilə toplaşıblar. PolisRead the Rest…


Mirşahin məhkəmədən sonra açıqlama verdi: Biz dövlətdən dəstək gözləyirik

Xəbər vediyimiz kimi, bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə məhkəmə prosesi keçirilib. ASSA qafqazinfo.az-a istinadən xəbər verir ki, iclasdan sonra jurnalistlərin suallarını cavablandıran Mirşahin Ağayev bildirib ki, məsələnin qanun çərçivəsində həllini tapacağına inanırlar: “Biz dövlətin müəyyən instansiyasıRead the Rest…


© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up