Dünyanın ən yaxşı şəhərlərinin reytinqi açıqlandı

print
“Monocle” jurnalının araşdırmalarına əsasən, Tokio 2016-ci ildə dünyanın 25 ən yaxşı şəhərlər reytinqinə başçılıq edib.

Reytinqin hazırlamasında beynəlxalq marşrutların sayı, içtimai nəqliyyatdakı qiymətlər, gecə həyatı, müstəqil kitab mağazalarının mövcüdluğu və digər amillər nəzərə alınıb.

Reytinqdə ikinci yerdə Berlin, üçüncü yerdə isə Vyana yer alıb. Reytinqdə sonrakı yerləri Kopenhagen, Münxen, Melburn, Fukuoka, Sidney, Kioto və Stokholm bölüşdürür.

2015-ci ilin reytinqində isə birinci yer Tokio, ikinci – Vyana, üçüncü yer isə Berlinə məxsus olub. (Trend)

Scroll Up