Çərşənbə axşamı, Avqust 2nd, 2016

now browsing by day

 

Hacı İbrahım ofisini otelə çevirdi

Uzun müddətdir ki, maliyyə problemləri yaşayan tanınmış iş adamı Hacı İbrahim Nehrəmli “Avesta” konserninin Teymur Əliyev küçəsindəki dəbdəbəli binasından çıxıb. O, şirkətin işçilərini daha kiçik ofisə köçürüb. Səbəb isə konsernin binasının fəaliyyət istiqamətinin dəyişdirilməsidir. Belə ki, maliyyə böhranı yaşayan iş adamı şirkətə məxsus binanı otel kimi işlətmək və bununla daRead the Rest…


Kino günü: Filmlərimizin pərdə arxası – FOTOLAR

Avqustun 2-də Azərbaycanda Milli Kino Günü qeyd olunur. Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İlişdin”) ibarət idi.Read the Rest…


Seymur Həzi ilə Nigar Yaqublunun nikahı baş tutdu – VİDEO+FOTO

Həbsdə olan jurnalist Seymur Həzi ilə Müsavat Partiyasının başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublunun nikahı baş tutub. Bu haqda Əbülfəz Sadıqbəyli adlı istifadəçi Facebook səhifəsində yazıb: “Nəhayət ki, Seymur Həzi ilə Nigar Yaqublunun nikahı baş tutdu. Təbriklər. Xoşbəxt olun”. Qeyd edək ki, Müsavat Partiyasının üzvü Nigar Yaqublu 2012-ci ildə həbs edilmişdi.Read the Rest…


Vladimir Putin avqustun 8-də Bakıya gələcək

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 8-də Bakıya gələcək.   “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib: “V. Putin Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin ilk dəfə keçirilən üçtərəfli görüşündə iştirak edəcək”.   Əliyev, Putin və Ruhaninin beynəlxalq və regionalRead the Rest…


Türkiyədə 100 hərbi həkim həbs edildi

Türkiyənin ən məşhur hərbi xəstəxanası sayılan Ankara Gülhane Hərbi Tibb Akademiyasının (GATA) 100 hərbçisi haqqında həbs-qətimkan tədbiri çıxarılması barədə qərar verilib. Odatv.com-a istinadən verilən xəbərə görə, FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatlar çərçivəsində akademiyanın 100 hərbçi əməkdaş barədə saxlanma hökmü çıxarılıb. Saxlanılan şəxslərin hərbi çevrilişə cəhddə ittiham edilir. Qeyd edəkRead the Rest…


Bu gün “Qarabağ” “Viktoriya”nı qəbul edəcək

Futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Ağdamın “Qarabağ” klubu son Çexiya çempionu “Viktoriya”nı (Plzen) qəbul edəcək. Komandamız “Azərsun Arena”da oyun öncəsi son məşqinə çıxıb. Hazırlığın ilk 15 dəqiqəsi jurnalistlər və azarkeşlər üçün açıq olub. Qeyd edək ki, “Qarabağ”-“Viktoriya” oyunu avqustun 2-də Tofiq Bəhramov adına Respublika stadionundaRead the Rest…


Ayağı səhv kəsilən qadın vəfat etdi

Cərrahiyyə əməliyyatı zamanı sol ayağının əvəzinə sağ ayağı amputasiya olunmuş 87 yaşlı Tərlan Həsən qızı Məmmədova iyulun 31-də dünyasını dəyişib.   Tərlan Məmmədova ötən gün dəfn edilib.   Xatırladaq ki, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Tərlan Məmmədova Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş AngiolojiRead the Rest…


Azərbaycan idmançıları Rio-de-Janeyroya yola düşdü

Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın və Azərbaycan nümayəndə heyətinin Braziliyaya yolasalma mərasimi keçirilib. Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, idmansevərlər, KİV-lərin nümayəndələri iştirak ediblər. XXXI Yay Olimpiya Oyunlarında yığma komandamız əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrəRead the Rest…


© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up