Loading

wait a moment

Daşkəsəndə avtobus dərəyə aşdı: ölən və yaralananlar var

print
Daşkəsəndə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Zəylik kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, “PAZ” markalı sərnişin avtobusunun dərəyə aşması nəticəsində sürücü ölüb, bir neçə nəfər isə xəsarət alıb. Xəsarət alan Zəylik kənd sakinləri 1994-cü il təvəllüdlü Tural Cəlalov  və həmyaşıdı Fərid Dalov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

Scroll Up