Home / İdman  / Çempionlar Liqası: Bu gün “Viktoriya” – “Qarabağ” oyunu keçiriləcək

Çempionlar Liqası: Bu gün “Viktoriya” – “Qarabağ” oyunu keçiriləcək

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələcək “Viktoriya” – “Qarabağ” matçını azarkeşlər canlı yayımda izləyə biləcək. Matç tamaşaçılara “CBC Sport” kanalı vasitəsi ilə təqdim olunacaq. Xatırladaq ki, dünən “CBC Sport”un oyunu göstərmək üçün 6

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələcək “Viktoriya” – “Qarabağ” matçını azarkeşlər canlı yayımda izləyə biləcək.

Matç tamaşaçılara “CBC Sport” kanalı vasitəsi ilə təqdim olunacaq.

Xatırladaq ki, dünən “CBC Sport”un oyunu göstərmək üçün 6 min avro tələb etdiyi və bu məbləği ödəməyin imkanının olmadığı barədə məlumat yayılmışdı. Lakin son anda məsələyə müdaxilə edən AFFA tələb olunan 6 min avronu ödəməyi üzərinə götürüb. Bu barədə hələlik rəsmi açıqlama verilməsə də, yaxın saatlarda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” matçı bu axşam saat 22:15-də start götürəcək.

Print Friendly, PDF & Email
Review overview