Loading

wait a moment

ŞOK: Türkiyədəki çevriliş cəhdinin arxasından amerikalı general çıxdı

print
Türkiyədəki 15 iyul hərbi çevriliş cəhdinin arxasındakı xarici bağlantılar üzə çıxıb. Sputnik “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın Əfqanıstandakı sülh missiyasına rəhbərlik edən general Con Kempl (John F. Campbell) Türkiyədəki çevrilişin uğurlu olması üçün xuntaçıların hesabına külli miqdarda pul köçürüb.

Türkiyədə dövlət çevrilişinə cəhd

Qəzetin iddiasına görə, redaksiyaya məlumatı adının açıqlanmasını istəməyən yüksək rütbəli hərbçi ötürüb. Həmin şəxsin dediyinə görə, hadisədən iki gün əvvəl Nigeriyada olan amerikalı general Con Kempl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) dəstəyi ilə yerli UBA (United Bank of Africa) bank şöbəsindən Türkiyədəki çevrilişçi əsgərlərin hesabına milyonlarla dollar pul yatırıb.

“Əgər plan baş tutsaydı, Ərdoğan həbs olunacaq və general Kempıl birbaşa uçuşla Ankaraya gələcəkdi”, — deyə “Yeni Şafak” qəzeti yazıb.

Maraqlısı odur ki, hərbi çevriliş cəhdindən bir müddət öncə general Con Kempıl iki dəfə Ərzurum və Adanada bəzi türk hərbçilərlə gizli danışıqlar aparıb.

Türkiyəyə göndərilən pul, ölkə içində 80 nəfərlik xüsusi qrupa aid fərqli hesablara köçürülüb. Həmin pullar CİA-in Türkiyədəki xüsusi adamları tərəfindən xuntaçılara çatdırılıb.

Scroll Up