Körpünün dayaqları bir-birilə kəsişən iki spiral şəklində layihələşdirilib. Yüksək möhkəmliyi olan polad kabellər avtomobil yolunu bilavasitə öz üzərində saxlayır. Eyni zamanda körpü olimpiya halqalarını simvolizə edir. Dalğavari körpü Pekini şimalda yerləşən Çjantszyakou şəhər dairəsi ilə birləşdirəcək. Məhz burada qış Olimpiya oyunlarının təşkilatçıları turnirin idman obyektlərinin böyük hissəsini yerləşdirmək niyyətindədirlər. Eləcə də körpüdə hər iki hərəkət istiqamətindən piyada və velosiped zonası təchiz ediləcək. Bütün bunlar avtostradadan ağaclarla ayrılacaq.