Provokativ installyasiyaları və çıxışları ilə tanınan “Artangel” təşkilatı “Oxuyan həbsxana” performansı üçün 30 müasir rəssam və yazıçını bir araya toplayıb. İki ay ərzində sentyabr və oktyabr aylarının hər bazar günü layihənin iştirakçıları həsbxana kilsəsində “Həbsxana tövbələri”ndən hissələri oxuyacaqlar. “Həbsxana tövbələri” lord Alfred Duqlasa həsr olunub. Uayldın məhz ona olan sevgisi yazıçının məhkəmə prosesinə və həbsinə səbəb olub.

İngilis yazıçısı Oskar Uayldın yatdığı həbsxanada sərgi açılacaq

Bundan əlavə, bir ay ərzində Redinq həbsxanasında həbs və azadlığın məhdudlaşdırılması mövzusuna həsr olunmuş işlərin sərgisi keçiriləcək. Sərgidə təqdim olunan işlərin arasında Robert Qoberin heykəli, fotoqraflar Volfqan Tilmans və Nan Qoldinin şəkilləri, eləcə də rəssamlar Feliks Qonzales-Torres və Riçard Hamiltonun əsərləri var. Eləcə də, Ay Veyvey, Patti Smit və daha 8 rəssam De Profundis-in xatirəsinə “həbsdən” öz məktublarını yazacaqlar.

Qeyd edək ki, ingilis dramaturq və yazıçı Oskar Uayld 1895-ci ildə əxlaqsızda ittiham olunaraq Redinq həbsxanasına salınmışdı. Həbsdə olduğu müddətdə o, real hadisələrə əsaslanan “Redinq həbsxanası” balladasını yazıb.

İngilis yazıçısı Oskar Uayldın yatdığı həbsxanada sərgi açılacaq

İngilis yazıçısı Oskar Uayldın yatdığı həbsxanada sərgi açılacaq