Modobag yumşaq oturacaq, ayaq yerləri, sükan, telefonu şarja qoymaq üçün iki USB portalı ilə təchiz olunub, eləcə də bu çamadan 8 kq çəkisi ilə 12 km/saat sürət yığa bilir. Çamadanın enerji yığmasına ancaq 10 km məsafə qət etdikdən sonra ehtiyac olur.

Qeyd edək ki, 2015-ci ildə Kevin və Boyd bu layihəni Kickstarter-də yerləşdirmişdilər, ancaq lazımi məbləği toplaya bilməmişdilər. İndi isə onlar layihəni Indiegogo platformasında yerləşdiriblər. Kampaniyanın sona çatmasına hələ bir ay qalıb, ancaq startap artıq planlaşdırılmış məbləğdən iki dəfə çox vəsait – 100 min dollar toplaya bilib. Bir çamadanın qiyməti 995 dollardır. İlk sifarişçilər Modobag-i 2017-ci ilin fevralında əldə edəcəklər.