Home / Maraqlı  / 15 iyul gecəsi Ərdoğanın təyyarəsi aeroporta necə enib? – Detallar

15 iyul gecəsi Ərdoğanın təyyarəsi aeroporta necə enib? – Detallar

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın 15 iyul gecəsi Dalamandan İstanbula uçması və İstanbul səmasında üsyançı əsgərlərin təyyarələri varkən Atatürk hava lımanına enməsinə dair bəzi detallar məlum olub.  Türkiyə mediası yazır ki, 15 iyul gecəsi İstanbula gəlmək qərarı

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın 15 iyul gecəsi Dalamandan İstanbula uçması və İstanbul səmasında üsyançı əsgərlərin təyyarələri varkən Atatürk hava lımanına enməsinə dair bəzi detallar məlum olub. 
Türkiyə mediası yazır ki, 15 iyul gecəsi İstanbula gəlmək qərarı verən prezidentin təyyarəsinin endiyi aeroportun 500 metrliyindəki hərbi hava məktəbindən qalxan helikopter və qırıcılar Ərdoğanın təyyarəsinin enməsinə mane ola bilərmişlər. Həmin vaxt hərbi hava məktəbində qiyamçılarla polis arasında qarşıdurma baş verib.
Başqa bir detal isə Ərdoğanın İstanbul polisinin rəhbəri Mustafa Çalışqanı telefonla araması və ona təlimat verməsidir. Prezidentdən tapşırıq alan polis rəisi hava limanındaki xüsusi təyinatlı polis dəstəsinə, “nə olursa, olsun, qülləni qiyamçılaran alın” əmri verib və bundan sonra xüsusi təyinatlılar qülləni qiyamçı əsgələrdən geri alıblar. (Musavat.com)
Review overview