Home / Səyahət  / Liftdə düymə basanlar və taksi sürücüsü Fredrix – Qubad İbadoğlunun Filippin təəssüratı

Liftdə düymə basanlar və taksi sürücüsü Fredrix – Qubad İbadoğlunun Filippin təəssüratı

Tanınmış iqtisadçı Qubad İbadoğlu bu günlərdə Filippinin paytaxtı Manila şəhərində elmi konfransda işitirak edib. O, bu dəfə Filippin və Manila haqqındakı təəssüratını yazıya alıb və sosial şəbəkədəki səhifəsində paylaşıb. ASSA iqtisadçı alimin yazısını oxuculara təqdim edir.   Manilanın

Tanınmış iqtisadçı Qubad İbadoğlu bu günlərdə Filippinin paytaxtı Manila şəhərində elmi konfransda işitirak edib. O, bu dəfə Filippin və Manila haqqındakı təəssüratını yazıya alıb və sosial şəbəkədəki səhifəsində paylaşıb.
ASSA iqtisadçı alimin yazısını oxuculara təqdim edir.
 
Manilanın Ninoy Aquino International Aeroportundan qalxan təyyarəmiz İstanbula doğru uzun 12 saatlıq uçuş edir. Onun 2 saatını geridə qoymuşuq. Bu saatlarda ötən 3 günü xatırlayaraq, maraqlı hesab etdiyim müşahidələrimi sizinlə bölüşmək istərdim. 
Bu mənim Fillipinə ikinci gəlişimdir. İlk dəfə 2009-cu ilin mart ayında gəlmişdim. O zaman Nyu-Yorkdan 16 saat 45 dəqiqəlik uçuş etmişdim, daha doğrusu, “özünə qəsd” etmişdim. O zaman havalar çox isti olduğuna görə şəhəri gəzə bilməmişdik. Bu dəfə də paytaxt Maniladan kənara çıxa bilmədim. Amma, 2011-ci ildə Almaniyada tanış olduğum Fillipinli siyasətçı Doc Tontona və onun sürücüsünə minnətdar olmaqla şəhəri bir az dolaşa bildim. Fillippində yalnız bir fəsil var, o da yaydır, onu sulu və quru yaya bölməklə fərqləndirirlər. İlin ən isti ayı aprel-may hesab olunur. Hazırda havalar nisbətən sərindir, orta hesabla 35 dərəcə isti və 80 faiz ətrafında rütübətlilik var.
Manilada işsizlik çox geniş yayılıdğından, əməyə görə ödəniş isə aşağı olduğundan burda mehmanxanalarda, biznes və alış-veriş mərkəzlərində liftlərdə düyməni basmağa da ayrıca işçilər çalışır. Onların başlıca funkisyası lifti idarə etməkdir.
Manilada sərnişin avtobusları bizim bir vaxtlar marşrutda olan mikroavtobusları xatırladır, sadəcə, fərqi odur ki, yerlər dolu olanda sərnişinlər avtobusdan sallana-sallana mənzil başına çatırlar.
Manilada məskunlaşan əhalinin boyunun orta uzunluğu bizdəkindən aşağı olduğuna görə, orta hündürlükdə olan azərbaycanlı burda özünü ucboylu kimi rahat hiss edə bilər.
Manilada yola çıxanda “son ünvana nə qədər var” sualına kilometrlə, metrlə deyil, saatla, dəqiqə ilə cavab verirlər. Burda zaman artıq məsafə ölçüsü kimi istifadə olunur. Çünki şəhərdə səhər saat 5-dən gecə saat 11-dək tixac, qalan vaxtlarda isə sıxlıq olur.
Manilada aeroporta gedən yol kənarı ölkənin yoxsulluq və səfalətdən necə açlıq çəkdiyini əyani göstərsə də, burda onların qarşısını kəsən hasarlara rast gəlmək mümkün deyil. Elə bil ki, kasıblıqlarını nümayiş etdirmək üçün yerlilər daha çox hava limanına gedən yolun kənarlarında məskunlaşıbar. Şəhərin bir tərəfində kasıb məhəllələri, yoxsul daxmaları, digər tərəfində isə müasir görünüşlü göydələnlər kontrast yaratsa da, əslində burda ölkəyə gələn turistə hər şey olduğu kimi görsənir.
Manilada hava limanına gedən yolda bəzən motosikletdə hərəkətin axınına qarşı (tərsinə) oturub, qucağında çemodan saxlayan sərnişinlərə də rast gəlmək mümkündür. Çünki bu yolu motosikletlə avtomobildən ən azı 2 dəfə tez zamanda qət etmək mümkündür.
Bu ölkənin insanları çox qonaqpərvər və dürüstdürlər. Hava limanına çatanda dostlarımızdan biri “İphone 6 plus” markalı telefonunu bizi gətirən taksidə unutmuşdu. Hava limanına girərkən sürücünün onu geri gətirdiyini görəndə bir anlığa fikirləşdim ki, görəsən, belə bir hal bizdə baş versəydi, bizim sürücü xaricilərin dalınca qaçıb onun telefonunu geri qaytarardımı? Məncə, adamına baxır, yəqin ki, bir çoxları fillipinli Fredrix kimi özünü aparardı və xaricilərin gözündə ölkəmizi ucaldardı. Bax, beləcə, adi bir taksi sürücüsü Fredrixin sayəsində Manilanı xoş təəssüratla tərk etdik.
Print Friendly, PDF & Email
Review overview